Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə bağlayıb.
Lent.az-ın xəbərinə görə, bunu hərəkatın həmtəsisçisi Bəxtiyar Haciyev “facebook”da yazıb.
O bildirib ki, QHT ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərdən sonra hərəkatın fəaliyyətini praktiki olaraq mümkünsüz olub: “QHT-lərin fəaliyyəti haqqında qanunvericiliyə edilən dəyişikliklər hərəkatımızın beynəlxalq donorlar tərəfindən təsdiq edilmiş layihələrimizin reallaşdırılmasının qarşısını alıb. Ümid edirik ki, qısa müddətdə həm beynəlxalq donorların, həm də müstəqil təşkilatların fəaliyyətini imkansız edən dəyişikliklər aradan qaldırılacaq. QHT-lərin qeydiyyatı və qeydiyyatsız könüllü fəaliyyətin asanlaşdırılması istiqamətində ciddi addımlar atılacaq".