Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi lub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak edib.
Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb.
Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumat bildirilib ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanılıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub.
Prezidentlər səfirliyin binasında yaradılan şəraitlə tanış olublar.
Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.
Daha sonra İlham Əliyevlə Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.