Baş prokuror Zakir Qaralov qərb bölgəsinə səfər edib. Baş prokuror Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafadan olan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Ağstafa rayon Prokurorluğunda kecən görüş zamanı 5 rayondan 130 şikayətçi görüş üçün qeydiyyatdan keçsə də, şikayətə gələnlərin sayı dəfələrlə çox olub.
Gələn şikayətçilər, əsasən, torpaq və məhkəmələrdən narazılıqlarını bildiriblər. Baş prokuror əvvəlcə uzaq rayonlardan gələn sakinləri qəbul edib, onların şikayətlərini dinləyib.
Prokurorluqdan bildirilib ki, baş prokuror Ağstafada görüşlərini axşam saatlarına kimi davam etdirəcək.
ANSPRESS