Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi vəzifəsinə namizədlərin seçimi aparılır.
AŞ-nin Bakıdakı ofisindən APA-ya verilən xəbərə görə, hazırda namizədlərlə müsahibə mərhələsi keçirilir. Proses noyabrın sonunda yekunlaşacaq.
Xatırladaq ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos təqaüdə çıxıb və 2012-ci ilin avqustunda Bakını tərk edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq ofis rəhbərinin müavini Teymur Məlikaslanov yerinə yetirir.