Azərbaycanla ABŞ arasındakı hərbi sazişin müddəti uzadılır
18 dekabr 2013 18:41 (UTC +04:00)

Azərbaycanla ABŞ arasındakı hərbi sazişin müddəti uzadılır

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında ABŞ-Azərbaycan arasında hərbi sənəd müzakirə olunub.


 

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sənəd barədə məlumat verib.

 

O qeyd edib ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur.

 

Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar.

 

Layihə MM-in plenar iclasına tövsiyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar