Azərbaycan və Serbiya birgə silah istehsal edəcək
Azərbaycan və Serbiya birgə silah istehsal edəcək. Bu barədə APA-nın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabiyə ezam olunmuş əməkdaşlarına IDEX-2013 beynəlxalq müdafiə sərgisində təmsil olunan Serbiyanın stendindən məlumat verilib.
Stenddən bildirilib ki, hazırda Serbiyanın iştirakı ilə Azərbaycanda yeni zavod inşa olunur. Zavodda 40 və 46 mm-lik barabanlı (revolver tipli) qumbaraatanlar istehsal olunacaq.
Gələcəkdə müəssisədə digər silahların da istehsalını həyata keçirmək mümkün olacaq.
Qeyd edək ki, APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.