Azərbaycan və Küveyt arasında əməkdaşlıq sazişləri imzalanıb
14 fevral 2013 16:30 (UTC +04:00)

Azərbaycan və Küveyt arasında əməkdaşlıq sazişləri imzalanıb

Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib

 

 

Bu gün Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Küveyt Dövlətini ölkəmizdə rəsmi səfərdə olan Küveyt Dövlətinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğuna diqqət çəkib və qarşılıqlı səfərləri əhəmiyyətli sayıb. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah də səfərdən məmnun olduğunu söyləyib. İclasda iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb. İqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayələrin yatırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu, iki ölkə arasında yeni sazişlərin hüquq-müqavilə bazasını möhkəmləndirəcəyi və bunun da öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanda yaradılmış münbit biznes mühiti haqda bəhs edilmiş və xarici investorların ölkə iqtisadiyyatına sərmayə yatırmaları üçün bütün imkanların yaradıldığı vurğulanıb. İki ölkənin biznes dairələri arasında əməkdaşlığın yaradılması və qarşılıqlı təmasların sıxlaşdırılması vacib sayılıb. İclasda ölkələrimiz arasında nəqliyyat, infrastruktur, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib və bu sahələrdə əlaqələrin ümumi ikitərəfli münasibətlərə töhfə verəcəyi bildirilib. 

 

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq, təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında sazişlər, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinin Saud N. Alsabah Küveyt Diplomatik İnstitutu arasında anlaşma memorandumu və Azərbaycan-Küveyt Birgə Hökumətlərarası Komissiyasının 2-ci iclasının protokolu imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar