Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında sənəd imzalanıb.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsrail dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" protokolun imzalanması bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun israilli həmkarı Aviqdor Libermanla görüşündə baş tutub.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri müzakirə olunub.