Noyabrın 19-da Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyev avstriyalı həmkarı Haynts Fişer ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Avstriya prezidentləri görüşüb
702