Azərbaycan səfiri braziliyalı nazirlə görüşüb
21 fevral 2013 12:30 (UTC +04:00)

Azərbaycan səfiri braziliyalı nazirlə görüşüb

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin strateji məsələlər üzrə naziri Moreyra Franko ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Braziliya ikitərəfli münasibətlərinin mövcud vəziyyətindən məmnunluq bildirilib və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. 

 

Elnur Sultanov Moreyra Frankoya Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, ölkəmizin fəal iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr, habelə regiondakı vəziyyət haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar