Azərbaycan prezidenti Küveytin baş nazirinin müavinini qəbul edib
14 fevral 2013 18:25 (UTC +04:00)

Azərbaycan prezidenti Küveytin baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev fevralın 14-də Küveyt Dövləti baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Küveyt Dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Baş nazirin müavini, xarici işlər naziri Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. Qonaq ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən qonaq münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkələrimizin özəl strukturları arasında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. 
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına və məktubuna görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar