Prezident İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanoya təbrik məktubu göndərib.
Lent.az-ın xəbərinə görə, dövlət başçısı həmkarını İtaliyanın milli bayramı - Respublika günü münasibətilə təbrik edib.
Prezident qeyd edib ki, Azərbaycanla İtaliyanı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir: “Ümidvaram ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da dərinləşdirilməsi, qarşılıqlı maraqlarımızı əks etdirən tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.