Azərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib
25 may 2014 18:53 (UTC +04:00)

Azərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev gürcüstanlı həmkarı Georgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Gürcüstanın müstəqillik günü mansibəti ilə göndərilmiş məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697
avatar

Oxşar yazılar