Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyevə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısının təbrik məktubunda deyilir: “Bolqarıstan Respublikasının milli bayramı münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.