Azərbaycan prezidenti “Statoil”un baş icraçı direktorunu qəbul edib
08 aprel 2013 19:20 (UTC +04:00)

Azərbaycan prezidenti “Statoil”un baş icraçı direktorunu qəbul edib

0

 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 8-də “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul edib.


APA-Economics”in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “Statoil” şirkəti arasında mövcud olan uzunmüddətli tərəfdaşlıq əlaqələrini əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident ARDNŞ-lə “Statoil” şirkəti arasında əməkdaşlığa dair yeni layihələrin önəmini qeyd edib.

 

“Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanda neft və qaz sənayesinin inkişafında ölkəmizdə mövcud olan sabitliyin rolunu xüsusi vurğulayıb.

 

Görüşdə ARDNŞ ilə “Statoil” arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar