Azərbaycan Liviyada humanitar kampaniya təşkil edib
28 fevral 2013 11:02 (UTC +04:00)

Azərbaycan Liviyada humanitar kampaniya təşkil edib

Afrikanın 8 ölkəsində də belə kampaniya keçiriləcək

 

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə İslam İnkişaf Bankı arasında strateji tərəfdaşlıq çərçivəsində 2012-ci ilin dekabrında Burkina Faso və Çadda həyata keçirilmiş “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının davamı olaraq, növbəti humanitar aksiya bu il 18-22 fevral tarixlərində Liviyanın Ubari şəhərində təşkil olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiya ərzində ödənişsiz əsasda 1165 nəfər yerli əhali müayinədən keçib, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 200 nəfər isə katarakt cərrahiyyə əməliyyatları nəticəsində yenidən öz sağlamlığına qovuşub.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Liviyanın kütləvi informasiya vasitələrində işıqlandırılıb. AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən qeyd olunan kampaniyanın carı il ərzində daha səkkiz Afrika ölkəsində də keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar