Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri Bakı bəyanatını qəbul etdi
26 may 2014 15:27 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri Bakı bəyanatını qəbul etdi

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşünün sonunda Bakı bəyanatı qəbul olunub.


 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, tərəflər ortaq mədəni irs, tarixi köklər və ənənəvi mənəvi dəyərlərə söykənən dostluq münasibətlərinin müştərək məqsədlərin həyata keçirilməsində və müasir təhdid və çağırışların aradan qaldırılmasında mühüm rolunu qeyd ediblər.

 

Ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyə əsaslanaraq üç ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək, siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, səhiyyə, təhsil, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlər üzrə Xarici İşlər nazirlikləri arasında, həmçinin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

 

BMT-də və digər beynəlxalq təşkilatlarda ölkələrinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqləyib, üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf və rifaha töhfə verdiyini qeyd ediblər.

 

Terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklərini xüsusi qeyd ediblər.

 

Birgə layihə və əməkdaşlıq təşəbbüsləri vasitəsilə müxtəlif sahələrdə, xüsusilə enerji, ticarət, nəqliyyat, mədəniyyət, turizm, təhsil və ətraf mühitin qorunması sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi barədə öhdəliklərini təsdiq ediblər.

 

Azərbaycan, Türkiyə və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini qeyd ediblər.

 

Tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar. 

 

Siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyini bəyan ediblər.

 

Növbəti görüş 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar