Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu başlayıb.
APA-nın məlumatına görə, iclasda Azərbaycan və Türkiyə arasında hərbi, hərbi-texniki, kadrların hazırlığı və s. sahələrdə əməkdaşlığa dair müxtəlif məsələlər müzakirə olunur.
Türkiyə nümayəndə heyətində Silahlı Qüvvələrin Baş Qərargahının, Milli Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələri təmsil olunur. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Plan və Prinsiplər qurumunun rəhbəri, general-polkovnik Alparslan Ərdoğan rəhbərlik edir.
İclas iki gün davam edəcək.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən bəri ildə bir dəfə keçirilir.