Azad Rəhimovun Yunanıstana rəsmi səfəri başlayıb
16 iyun 2014 16:39 (UTC +04:00)

Azad Rəhimovun Yunanıstana rəsmi səfəri başlayıb

 

Gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasının açılış mərasimində iştirak edəcək. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Səfər çərçivəsində nazir Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri və Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.  A.Rəhimov 16-19 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq.  Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub. Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar