Avropa Məhkəməsi  Ermənistanla bağlı qərar qəbul edə bilər
28 fevral 2013 14:29 (UTC +04:00)

Avropa Məhkəməsi Ermənistanla bağlı qərar qəbul edə bilər

“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) icraatında olan “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə bu il qərar qəbul edə bilər”.


 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

 

O, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı işə mahiyyət üzrə baxışın olmasını gözlədiklərini qeyd edib: “Gözləyirik ki, mahiyyət üzrə baxış olsun, biz də dəlillərimizi yenidən təqdim edək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar