Avropa İttifaqına sədrlik edəcək nazirdən mesaj
06 mart 2013 19:04 (UTC +04:00)

Avropa İttifaqına sədrlik edəcək nazirdən mesaj

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov litvalı həmkarının  ölkəmizə səfərini yüksək qiymətləndirdiyini söyləyib.

 

Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında münasibətlər bütün səviyyələrdə uğurla inkişaf edir. O, ölkəmizdə bir çox sahələrdə, o cümlədən informasiya-texnologiyaları və turizm sahələrində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verib.  Linas Linkeviçius isə bildirib ki, Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etmək marağındadırlar. Cari ilin iyul ayından Litvanın Avropa İttifaqına sədrlik edəcəyini bildirən Linas Linkeviçius Azərbaycanla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsini vacib sayıb.  O, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib.

 

Ermənistan-Azərbaycan münaqişəsi haqda danışan nazir Elmar Məmmədyarov 21-ci əsrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirib. Elmar Məmmədyarov Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin qeyd-şərtsiz olaraq yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar