Avropa Birliyinin yeni səfiri dekabrda gələcək
20 noyabr 2013 15:33 (UTC +04:00)

Avropa Birliyinin yeni səfiri dekabrda gələcək

Avropa Birliyinin Azərbaycana yeni təyin olunan səfiri Malena Mard dekabrın əvvəlində Bakıya gələcək.


 

APA-nın xəbərinə görə, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib.

 

Yeni səfir etimadnamələrini Azərbaycan prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

 

Xatırladaq ki, M. Mard AB-nin xarici işlər üzrə ali komissarı Ketrin Eşton tərəfindən mayın 2-də bu vəzifəyə təyin olunub. O, daha əvvəl İsveç XİN-də Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar