“Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü və dialoqun davam etməsi faktını alqışlayırıq”.
APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib. O bildirib ki, AB danışıqlar prosesinə cəlb olunmadığı üçün görüşün məzmunu haqda heç nə deyə bilməz.