APA-nın İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər iyulun 1-də başlayacaq.
ATƏT sədri səfərinə Gürcüstandan başlayacaq, daha sonra Ermənistan və Azərbaycanda olacaq.
Azərbaycana səfər çərçivəsində onun yüksək səviyyədə bir sıra görüşləri nəzərdə tutulur.
Görüşlərdə qarşılıqlı əməkdaşlıq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.