ATƏT-in həmsədrləri təmas xəttində olacaqlar
02 aprel 2013 18:58 (UTC +04:00)

ATƏT-in həmsədrləri təmas xəttində olacaqlar

0

Aprelin 4-5-də ATƏT missiyası qoşunların təmas xəttinin Ağdərə-Tərtər və Ağdam-Bərdə istiqamətlərində monitorinq keçirəcək.


 

APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, monitorinq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək.

 

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında keçiriləcək. Monitorinq zamanı Kaspşik və həmsədrlər təmas xəttinin minalardan təmizlənmiş hissəsindən qarşı tərəfə keçəcəklər.

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir. Onlar sabah Azərbaycan rəhbərliyi ilə görüş keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar