ATƏT-in Bakı Ofisinin  rəhbəri gedir
16 dekabr 2013 13:49 (UTC +04:00)

ATƏT-in Bakı Ofisinin rəhbəri gedir

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayı Azərbaycanda diplomatik missiyasını başa vurması münasibətilə qəbul edib.


 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev ATƏT-in Bakı Ofisi ilə əməkdaşlığın Penitensiar xidmət rəhbərliyinin daim diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonağa Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.

 

Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin, eləcə də xidmət əməkdaşları üçün təşkil olunan treninq-seminarların Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu vardır. ATƏT-in Bakı Ofisinin diplomatik missiyasını başa vurmuş rəhbəri Koray Tarqay qəbula görə minnətdarlığını bildirərək, penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün Penitensiar xidmət rəhbərliyinin yaratdığı şəraitə görə minnətdarlığını və Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Oxşar yazılar