APA-nın məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair verdiyi bəyanatında bildirilir.
“Biz hesab edirik ki, bu cür danışıqlar sülhə və sabitliyə zəmanət verir və regional əməkdaşlıq üçün yeni imkanlar açır”, deyə Kojara qeyd edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna ATƏT-nin sədri olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında tam nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması üzrə səylərini dəstəkləməyə hazırdır”.