Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.
Nümayəndə heyətinin hazırkı rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova APA-ya bildirib ki, nümayəndə heyəti üzvlərinin yarısının dəyişdirilməsi gözlənilir.
Bu ayın ortasına kimi MM sədri Oqtay Əsədov tərəfindən ATƏT PA-ya bununla bağlı məktub ünvanlanacağını deyən B. Muradova qeyd edib ki, yeni tərkib rəhbərlik tərəfindən təsdiqlənib, məktub göndərildikdən sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti 6 deputatdan ibarətdir.