Artur Rasizadə qaydaları dəyişdi
27 yanvar 2014 11:48 (UTC +04:00)

Artur Rasizadə qaydaları dəyişdi

0

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Qərara əsasən, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli qərarında edilən dəyişikliyə əsasən ləğv edilmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi olmuş Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasından tərkibindən çıxarılıb və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.

 Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə” sözləri ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3162

Oxşar yazılar