Anatoli Torkunov: “Rusiya və Azərbaycan nümunə göstərdi”
11 aprel 2013 12:58 (UTC +04:00)

Anatoli Torkunov: “Rusiya və Azərbaycan nümunə göstərdi”

0

MDBMİ rektoru Azərbaycan Diplomatik Akademiyasında “Postböhran dövründə beynəlxalq münasibətlər: Moskvadan baxış” mövzusunda mühazirə söyləyib


 

“Rusiya-Azərbaycan münasibətləri möhkəm əsaslar üzərində qurulur. Bu münasibətlərin mühüm faktoru sıx humanitar əlaqələr, aktiv iqtisadi əməkdaşlıqdıq. Rusiya və Azərbaycan öz maraqlarına bağlılığını qoruyur və beynəlxalq məsələlərdə necə kompromis tapmağı, həmrəylik nümayiş etdirməyi qonşu ölkələrə nümunə göstərirlər”. 

APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib. O, dinləyicilərə “Postböhran dövründə beynəlxalq münasibətlər: Moskvadan baxış” mövzusunda mühazirə söyləyib.

 

A. Torkunov bəyan edib ki, şəxsi qənaətinə görə, ümumdünya böhranı başa çatmaq üzrədir: “Bu böhran bir sıra tendensiya və proseslərin inkişafında özünəməxsus sərhəd rolunu oynayıb. Son dövrlər bir sıra ölkələrin obrazları əhəmiyyətli dərəcədə dəyişib. Bir müddət əvvəl dünyanın superdövləti obrazına malik olan ABŞ artıq işsizlik səviyyəsinin sosial qeyri-bərabərliyin yüksək olduğu borclu dövlət obrazına malikdir. Çin iqtisadi modeli ilk əvvəl uğurlu təsir bağışlasa da, sonrada göründüyü kimi böhranın ilk mərhələsini adlaya bildi. Sonra isə ölkənin iqtisadi strukturunda dəyişikliklər etmək, dərin islahatlar aparmaq zərurəti yarandı. Bir sıra ölkələr, o o cümlədən Rusiya və Azərbaycan üçün energetika sahəsində əldə olunan gəlirlər təhlükəsizlik yastığı rolunu oynadı”.

 

MDBMİ rektoru bu gün Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı da öz fikirlərini bölüşüb.

 

Dağlıq Qarabağ münaqişəsinə baxışları və münaqişənin nizamlanmasında insan faktorunun rolu məsələsinə toxunan rektor bildirib ki, bu prosesdə insan faktoru bu gün düşündüyümüzdən də böyük rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar