Anar Məmmədli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi
16 dekabr 2013 22:01 (UTC +04:00)

Anar Məmmədli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  Bu barədə qərar Nəsimi rayon Məhkəməsində seçilib.

 

Məhkəmədən APA-ya verilən məlumata görə, A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti) ilə ittiham olunur.

 

A. Məmmədli Nərimaniv rayon Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsinə göndərilib.

 

Bildirilənə görə, müvəqqəti saxlanma məntəqəsi kimi Nərimanov rayon Polis İdarəsinin saxlanma məntəqəsinin seçilməsi ordakı şəraitin daha yaxşı olması ilə bağlıdır.

 

Anar Məmmədli ilə birgə istintaqa dəvət olunan Bəşir Süleymanov isə APA-ya deyib ki, onlar istintaqa ayrı-ayrı dəvət ediliblər: “Məni saat 19:30-da sərbəst buraxdılar. Bir az sonra isə dövlət tərəfindən təyin olunmuş vəkil zəng edib Anarın həbs olunduğunu bildirdi”.

 

B. Süleymanlı bildirib ki, onlar idarəyə vəkilsiz gediblər. Onun bildirdiyinə görə, A. Məmmədlinin sabah Kürdəxanıdakı istintaq təcridxanasına köçürüləcəyi gözlənilir.

 

A. Məmmədli müdafiə edəcək vəkilin də adı sabah bəlli olacaq.

 

Qeyd edək ki, bu gün saat 17 radələrində A. Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar.

 

Bir müddət sonra isə B. Süleymanlı və E. Məmmədli sərbəst buraxılsalar da, A. Məmmədli ilə dindirilmə davam edib.

 

Daha sonra isə A. Məmmədəli barəsində Nəsimi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4598
avatar

Oxşar yazılar