Anar: “Heydər Əliyev Sovet xarabalıqları üzərində yeni Azərbaycan qurdu”
11 dekabr 2013 12:27 (UTC +04:00)

Anar: “Heydər Əliyev Sovet xarabalıqları üzərində yeni Azərbaycan qurdu”

“Heydər Əliyev ölkənin dağıldığı, parçalandığı bir vəziyyətdə hakimiyyətə gəlib, dövləti, xalqı xilas etdi. Bütün bu istiqbalın təminatçısı Heydər Əliyevdir. O, sovetin xarabalıqları üzərində yeni Azərbaycanın təməlini qoydu”.

Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev deyib. O, mərhum prezident Heydər Əliyevin ölümünün 10-cu il dönümü ilə bağlı bu gün keçirilən tədbirdə çıxış edib.

Heydər Əliyevlə bağlı xatirələrini danışan yazıçı qeyd edib ki, bu gün Azərbaycan tarixinin ən kədərli günlərindən biridir: “10 il qabaq xalqımızın ulu öndəri, dünyanın böyük siyasətçisi Heydər Əliyev dünyanı tərk elədi və elə 10 il qabaq da onun əbədi həyatı başladı. Heydər Əliyev Azərbaycanın qurucusudur”.

A. Rzayev çıxışında Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ölkədə apardığı islahatlardan və onun Azərbaycanı haradan-hara gətirdiyindən bəhs edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar