Almaniyanın paytaxtında Respublika Günü qeyd edilib
26 may 2014 12:35 (UTC +04:00)

Almaniyanın paytaxtında Respublika Günü qeyd edilib

Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 28 May – Azərbaycan Respublikasının 96-cı ildönümünə həsr edilmiş gecə təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açıb. S.P.İsmailova 1918-ci il mayın 28-də qurulan Azərbaycan Demokratik Respublikası, onun tarixi və iki ildən sonra bolşevik Rusiyası tərəfindən süquta yetirilməsi haqqında məlumat verib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov isə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə tutduğu mövqedən danışıb.

 

Berlində yaşayan rejissor, aktrisa Naiba Tural Azərbaycan ədəbiyyatından seçilmiş şeirlər ifa edib.

 

Tədbirin bədii hissəsi rejissor, rəssam Şamil Nəcəfzadənin “Sirli bənövşə“ qısametrajlı filminin nümayişi ilə davam etdirilib. Film XII əsrdə yaşayıb-yaratmış görkəmli şairə Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.

 

Filmin nümayişindən sonra müasir Azərbaycanı əks etdirən qısa çarxlar göstərilib, Azərbaycan musiqisi səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar