Aleksandr Lukaşenko Şəhidlər Xiyabanını ziyarət edib
20 noyabr 2013 20:10 (UTC +04:00)

Aleksandr Lukaşenko Şəhidlər Xiyabanını ziyarət edib

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 20-də Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın xəbərinə görə, xiyabanda Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. A. Lukaşenko və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət ediblər. Qonaq prezident “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.

 

Sonra qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Belarus prezidenti Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar