Azərbaycanla Yunanıstan arasında sənədlər imzalanıb
16 iyun 2014 16:35 (UTC +04:00)

Azərbaycanla Yunanıstan arasında sənədlər imzalanıb

 

 

Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstan prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub. Lent.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mərasimdə iştirak ediblər.

 

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.

 
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.

 

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.

 

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər.

 

***

16:06

İyunun 16-da Afinada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulanıb. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti bildirilib.


Söhbət zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

14:26

Bu gün prezident İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olub.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Yunanıstan prezidenti Karolos Papulyas prezident İlham Əliyevi qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səslənib.
 

Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
 

Yunanıstanın rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Karolos Papulyasa təqdim edilib.
 

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

 

K. Papulyasla görüşdən əvvəl Azərbaycanın dövlət başçısı Afinada naməlum əsgərin məzarını ziyarət edib. O, naməlum əsgərin məzarı önünə əklil qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar