ADA-da Polşa Günü keçirilib
04 aprel 2013 20:34 (UTC +04:00)

ADA-da Polşa Günü keçirilib

0

 

Azərbaycan Diplomatik Akademiyasında təhsil alan xarici tələbələr ənənəvi “Ölkə Günləri” çərçivəsində Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə Akademiyada “Polşa Günü” keçiriblər.


APA-nın məlumatına görə, ADA Tələbə Mərkəzində qurulan fotosərgidə  polyakların mədəniyyəti, mənzərəli Vətənləri, bayramları və digər ənənələrini təsvir edən şəkillər nümayiş etdirilib. Daha sonra “Avropanın mərkəzindəki Polşanı kəşf et” adlı təqdimatda Diplomatik Akademiyada Beynəlxalq Təqaüd Proqramı üzrə magistr təhsili alan polyak tələbə Mateuş Visotzki Polşanın tarixi, coğrafiyası, eləcə də polyaklar haqda beynəlxalq aləmdə gəzən maraqlı rəylər barədə danışıb. Mateuş Visotzki tələbə həmkarlarını da sorğu-sual edərək onun Vətəni haqqında nə bildikləri barədə müsabiqə keçirib.

 

Polşanın Azərbaycandakı səfiri  Mixal Labenda tədbirə qoşularaq Polşa-Azərbaycan münasibətləri barədə fikirləri ilə bölüşüb. Diplomat qeyd edib ki, xalqlarımız arasında ilk təmas hələ 500 il əvvəl qeydə alınıb - Səfəfilər dövlətinin xanlarından biri oğlunu Polşaya təhsil almağa göndərib. Azərbaycan Demokratik Cumhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadə 1930-cu illərdə Polşada sığınacaq tapıb və polyak qadın Vanda Pilsudski ilə evlənib. Cənab Labenda onu da vurğulayıb ki, bu gün Polşa ilə Azərbaycan arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə inkişaf edir: “Lakin xalqlar və insanlar arası münasibətlər ikitərəfli əlaqələrdə vacib yerlərdən birini tutur. Ona görə də, Diplomatik Akademiyada təşkil edilən “Ölkə Günləri” bu mənada təqdirəlayiqdir”.

 

Təqdimat bitdikdən sonra “Polşa Günü”ün iştirakçıları polyak milli mətbəxinin nümunələri ilə tanış olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar