ABŞ səfiri Xocalı soyqımı ilə bağlı petisiyaya münasibət bildirib
27 fevral 2013 20:11 (UTC +04:00)

ABŞ səfiri Xocalı soyqımı ilə bağlı petisiyaya münasibət bildirib

 

 "Ağ Evin bəyanatı elə öz-özlüyündə prezident Barak Obamanın bəyanatı deməkdir". APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımı ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiya ilə bağlı verilən cavabı jurnalistlərə belə şərh edib.


Səfir qeyd edib ki, günahsız mülki vətəndaşların öldürülməsi qəbuledilməzdir və faciədir: “Mən ABŞ-ın Azərbaycana təyin edilmiş səfiri kimi demək istəyirəm ki, Xocalı hadisəsinin azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mülki vətəndaşların öldürülməsi dəhşətli bir faciədir. Bu, Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün bütün lazım olan səylərin göstərilməsinin vacibliyini bir daha ortaya qoyur. Çünki Dağlıq Qarabağ münaqişəsi bütün azərbaycanlılar üçün çoxsaylı ağrı-acıya səbəb olub”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Oxşar yazılar