ABŞ Dövlət Departamentindən Əkrəm Əylisli ilə bağlı münasibət
14 fevral 2013 00:52 (UTC +04:00)

ABŞ Dövlət Departamentindən Əkrəm Əylisli ilə bağlı münasibət

ABŞ Dövlət Departamenti yazıçı Əkrəm Əylisli ilə bağlı məsələyə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland fevralın 13-də keçirdiyi brifinqdə Ə. Əylisli ilə bağlı məsələni, xüsusilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yazıçını təhdid etməsini yaxından izlədiklərini deyib.

 
V. Nuland Hafiz Hacıyevin polisə çağırılmasından xəbərdar olduqlarını da deyib: “Bu, doğru addımdır. Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk”.

 

Dövlət Departamentin sözçüsü Azərbaycan hökumətini Ə. Əylislinin təhlükəsizliyini qorumağa da çağırıb.

 

Qeyd edək ki, yazıçı Ə. Əylisinin “Daş yuxular” əsəri Azərbaycanda ciddi qalmaqal yaradıb. Əsərə etiraz bildirənlər onun kitablarını yandırıb, aksiyalar keçiriblər. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə yazıçının qulağını kəsənə 10 min manat mükafat vəd etməsi barədə bəyanat verib.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Gözəlov bu gün APA-ya açıqlamasında Hafiz Hacıyevin nazirliyə çağırıldığını, ona bəyanatı ilə bağlı xəbərdarlıq edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Oxşar yazılar