ABŞ Azərbaycana ayrılacaq yardımları azaldacaq
11 aprel 2013 13:57 (UTC +04:00)

ABŞ Azərbaycana ayrılacaq yardımları azaldacaq

0

ABŞ Dövlət Departamenti və USAİD-in 2014-cü il üçün nəzərdə tutulan büdcə layihəsi təqdim olunub.


 

APA-nın ABŞ Dövlət Departamentin saytına istinadən verdiyi məlumata görə, layihədə Azərbaycana ödəniləcək yardımın həcmi 2013-cü illə nisbətdə 778 min dollar azaldılıb. 

 

2013-cü il üçün nəzərdə tutulan layihədə ABŞ-ın Azərbaycana 16 330 000 dollar həcmində yardım göstərməsi nəzərdə tutulurdusa, 2014-cü ildə bu rəqəm 15 555 000 dollar təşkil edəcək. Bu məbləğin 11 029 000 dolları iqtisadi yardım kimi, 1 226 000 dolları narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanlarına yardım üçün, 600 000 dollar beynəlxalq hərbi təlimlər və təhsil üçün,  2 700 000 dolları isə xarici hərbi yardım kimi nəzərdə tutulur.

 

ABŞ 2014-cü ildə Ermənistana 30 843 000 dollar (2013-cü il üçün 36 608 000 dollar), Gürcüstana isə 60 775 000 dollar (2013-cü il üçün 68 700 000 dollar) həcmində yardım göstərəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1151

Oxşar yazılar