ABŞ-ın səfiri: “Qarabağ münaqişəsi regionda qeyri-stabillik yaradır”
01 may 2014 00:08 (UTC +04:00)

ABŞ-ın səfiri: “Qarabağ münaqişəsi regionda qeyri-stabillik yaradır”

“Azərbaycan və ABŞ arasında münasibətlər mühüm və möhkəmdir, lakin problemlərsiz də ötüşmür".

 

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, Ukraynadakı hadisələr bu münasibətlərin vacibliyini nümayiş etdirir: “Ukraynada baş verən hadisələr oyun qaydalarının dəyişməsi anlamına gəlir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə səs verən bir neçə postsovet ölkələrindən biri olub. Ukraynadakı vəziyyət həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir. Bu münaqişə regionda heç bir tərəfə üstünlük verməyən qeyri-sabitlik yaradır. Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həll edilməsində konkret addımlar atması üçün birlikdə çalışmalarına ehtiyac var. Rusiyanın tam əməkdaşlığı olmadan buna nail olmaq olduqca çətin olacaq. Biz həmçinin xalqların, azərbaycanlılar və ermənilərin bir biri ilə ünsiyyət qurması üçün qeyri-rəsmi cəhdləri də dəstəkləyirik. Bu cür etimad yaradan tədbirlər hər iki ölkə vətəndaşlarını sülhə hazırlamağa kömək edə bilər”.

 

Bu məzmunda Rauf Mirqədirovun həbsi, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanmasına görə səfir narahatçılığını bildirib.

 

Morninqstar qeyd edib ki, Azərbaycan son 20 ildə cəsarətlə müstəqil siyasət yürüdüb və bu, bir sıra istiqamətlərdə ABŞ-ın maraqlarına cavab verib: “Azərbaycan bu kursu çətin qonşuluq şəraitində həyata keçirib. Azərbaycan Əfqanıstan üzrə əməkdaşlığı davam etdirir ki, bu da Bakı vasitəsilə qeyri-hərbi yüklərin və avadanlıqların tranzitini reallaşdırmağa imkan verir. Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanın inkişafında iştirak edəcək".

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Oxşar yazılar