AB "Madrid prinsipləri" əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb
10 iyul 2013 19:51 (UTC +04:00)

AB "Madrid prinsipləri" əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb

 “Avropa Birliyi bundan sonra da Dağlıq Qarabağ münaqişənin həllinə yardım etməyə hazırdır”.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

 

Məsələnin həssas olduğunu deyən komissar qeyd edib ki, buna baxmayaraq, nə İrəvanda, nə də Bakıda bu mövzu ilə bağlı susqun qalmaq olmaz. Ş. Füle Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa da çağırıb: “Avropa Birliyi isə öz növbəsində münaqişənin həlli və sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirməyə hazırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar