Morninqstar: “ Azərbaycanın Qərbyönlü olmasını istəyirik”
13 noyabr 2013 19:26 (UTC +04:00)

Morninqstar: “ Azərbaycanın Qərbyönlü olmasını istəyirik”

“Mən Azərbaycanın Avrasiya İttifaqına ya da avroatlantik birliyə daxil olması ilə bağlı heç nə deyə bilmərəm.

Əlbəttə ki, biz Azərbaycanın Qərbyönlü olmasını istəyirik. Amma bu, Rusiya ilə “ya hər şey, ya heç nə” məsələsi deyil”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşündə bildirib. O qeyd edib ki, əsas məsələ odur ki, Azərbaycan müstəqil və suveren dövlətdir: “Bizim Azərbaycanla 20 il artıq bir müddətdə əməkdaşlıq eləməyimizin əsas səbəbi ölkənin müstəqilliyinin və suverenliyinin qorunmasına kömək etməkdir. Bu məsələlərlə bağlı qərar vermək yalnız və yalnız Azərbaycandan asılıdır”.

 

ABŞ-ın “Azadlığı Müdafiə Aktı”ndakı 907-ci düzəlişin ləğv edilməsi barədə danışan səfir deyib ki, bu məsələ Konqresin səlahiyyətindədir: “Bu məsələdə ABŞ prezident administrasiyasının edə biləcəyi iş ondan ibarətdir ki, administrasiya hər il bu düzəlişin hüquqi qüvvəsini bir illik dayandıra bilər və bu da edilir. 907-ci düzəliş hazırda əsasən Azərbaycana hərbi avadanlıqların və cihazların satılmasına təsir edir. Hesab edirəm ki, bizim əməkdaşlıq edə biləcəyimiz önəmli sahələr dənizdə təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə sahələridir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar