ABŞ səfiri: "Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar"
12 noyabr 2015 13:53 (UTC +04:00)

ABŞ səfiri: "Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar"

 

“ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlar”.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. O bildirib ki, ABŞ hər iki ölkə prezidentinin ilin sonuna kimi görüşmək barədə qərarından məmnundur: “Bu, hər iki tərəfdən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni təkliflərinə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar