BMT TŞ üzvlərinin İstanbuldakı tədbirbində səfirimiz də iştirak edib
10 aprel 2013 23:23 (UTC +04:00)

BMT TŞ üzvlərinin İstanbuldakı tədbirbində səfirimiz də iştirak edib

0

 

Türkiyənin İstanbul şəhərində "Afrikada münaqişələrin qarşısının alınması və həll edilməsində təhlükəsizliyin inkişafla bağlılığı" mövzusunda Türkiyə hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvləri üçün təşkil olunmuş dördüncü illik tədbirində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev iştirak edib. Bu barədə APA Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə istinadən məlumat verir.

 

Tədbirin məqsədi Afrikada mövcud olan münaqişələrə təsir edən faktorların nəzərdən keçirilməsi və münaqişələrin qarşısının alınması və həll edilməsini təşviq edən qanun əlliliyi və təhlükəsizlik sektorunun islahatı sahəsində orta müddətli strategiyanın müəyyən edilməsindən ibarət olub.

 

Beynəlxalq sülh İnstitutu ilə birgə təşkil olunmuş həmin tədbirə Şura üzvləri ilə yanaşı, BMT katibliyinin yüksək səviyyəli şəxslər, aidiyyəti regional təşkilatların rəhbərləri və digər maraqlı olan nümayəndələr dəvət olunub.

 

Tədbir zamanı A.Mehdiyev münaqişələrin qarşısının alınması və həll edilməsi, qanunun aliliyi və təhlükəsizlik sektorunun islahatları kimi mövzular üzrə çıxışlar edib. Səfir ədalətliliyə nail olunması, cəzasızlığın aradan qaldırılması, münaqişələrin qarşısının alınması və həll edilməsi zamanı qanun əlliliyinin qorunması, hərbi münaqişələrdə beynəlxalq humanitar və insan hüquqlarının pozulmalarına qarşı beynəlxalq ictimaiyyətin sərt mövqedən çıxış etməsi vacibliyini bildirib. O, keçmişdə törədilən cinayətlərin cəzasız qalmalarının sülhə nail olmaq üçün xidmət etmədiyini və ədalətlilik və qanun əlliliyi prinsiplərinin pozulmasına gətirib çıxardığını vurğuladı. Səfir həmçinin qeyd etdi ki, hər hansı münaqişənin sülh yolu ilə həlli beynəlxalq hüquqa zidd olan bilməz. 

 

Xatırladırıq ki, 2012-ci ilin 25-27 may tarixində İstanbulda Türkiyə tərəfindən "Yaxın Şərq və Şimali Afrika: Yeni siyasi reallıqlar" mövzusunda  tədbir təşkil olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar