. “Biz qazandığımız uğurlara yanaşı, nöqsanlarımızı da göstərməliyik. Rayon təşkilatlarının qadın sədrləri fəaliyyətlərini necə qurub, fəaliyyətlərindən razıdırlarmı? Yerli və mərkəzi qurumlar arasında əlaqə onları razı salırmı?”
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B. Muradova bir çox rayon təşkilatlarına yeni qadınların seçildiyini bildirib.
O, YAP Qadınlar Şurasının fəaliyyətini günün tələbləri səviyyəsinə qaldırılmalı olduğunu vurğulayıb: “YAP Gənclər Təşkilatı bir neçə ildir, fəaliyyətini günün tələbləri səviyyəsində qurur, beynəlxalq tədbirlərdə iştirak edir, regionlarda tədbirlər keçirir. Qadınlar Şurası da fəaliyyətini bu səviyyədə qurmalı, toplantılarını ardıcıl keçirməlidir. Bəlkə də ildə bir neçə dəfə respublika səviyyəsində toplantıların keçirilməsinə ehtiyac var. Şura və İdarə Heyətinin üzvləri arasında konkret tapşırıqlar müəyyənləşməlidir. Ümumi işimiz yaxşı olsa da, bu istiqamətdə addımlar atılmalıdır”.
B. Muradova YAP Qalınlar Şurası yanında bir neçə işçi komissiyaların yaradılmasını təklif edib: “Təhsil, səhiyyə və digər sahələrlə bağlı komissiyalar təşkil oluna, bu məsələlər gündəmə gətirilə bilər”.