Novruzda Ermənistana iranlı gedəcək?
07 mart 2013 06:14 (UTC +04:00)

 Novruzda Ermənistana iranlı gedəcək?

Nə qədər qəribə səslənsə də hər il Novruz Bayramında İslam Respublikasından Ermənistana gedənlər tapılır.

Lent.az-ın «Novosti - Armenii»-yə istinadən məlumatına görə, bu ilin martında onların sayının çox az olacağı proqnozlaşdırılır. «Ani plaza» adlı mehmanxananın direktoru Mkrtiç Qriqoryan jurnalistlərə deyib ki, İranda şərait mürəkkəbləşdiyindən bu il İslam Respublikasından Ermənistana gedəcək turistlərin sayı az olacaq: «İran əhalisinin sadəcə olaraq ölkədən çıxmaq imkanı yoxdur. Məndə olan məlumata əsasən, Ermənistanda demək olar ki, iranlı turist yoxdur».

Ermənistan turist agentliklərindən birinin məsulu Yegiş Tanaşyan qeyd edib ki, 2013-cü ilin martında turistlərin sayı çox azdır.

Errməni mənbələrinin məlumatına əsasən, hər il Novruz Bayramında İslam Respublikasından Ermənistana 15-20 min turist gedirmiş. Onların sayı 2012-ci ildə kəskin azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar