“Xocalıda cinayət - icraçılar məsuliyyətə cəlb olunmalıdırlar“
26 fevral 2013 11:29 (UTC +04:00)

“Xocalıda cinayət - icraçılar məsuliyyətə cəlb olunmalıdırlar“

Pakistanın nüfuzlu agentlik və jurnalında Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj dərc olunub

 

Pakistanın nüfuzlu “DNA” informasiya agentliyində və ”Centreline” jurnalında “Xocalıda cinayət - icraçılar məsuliyyətə cəlb olunmalıdırlar“ adlı  xüsusi reportaj dərc olunub.

 

Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, reportajda Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları irəli sürdüyü və Sovet İttifaqının süqutundan  sonra Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonunu işğal etdiyi nəzərə çatdırılır.

 

Məqalədə qeyd edilir ki, münaqişədən öncə 7 min  əhalisi olan Xocalı şəhəri 1991 –ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb və 1992-ci il 26 fevral tarixində keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla, yüzlərlə mülki insan  xüsusi qəddarlıqla öldürülüb, minlərlə insanın yaralanıb, əsir götürülüb və ya itkin düşüb. Reportajda Xocalı soyqırımının iştirakçıları terrorist M.Melkonyanın və Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandan sitatlar gətirilərək, bu kütləvi qırğının  ermənilərin düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiyası olduğu vurğulanıb. Yazıda 2010-cu il aprelin 22-də İnsan Hüquqları üzrə  Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını “hərbi cinayət və ya insaniyyətə qarşı cinayət “ adlandırdığı bildirilib.

 

Eyni zamanda 1948-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyası barədə məlumat verilib. Müəllif Azərbaycan və Ermənistanın imzaladığı bu sənədin “Soyqırım-milli, etnik, irqi və dini qrupların tamamilə və ya qismən məhv edilməsidir” paraqrafına istinad edərək bu cinayətin məhz soyqırım kimi qiymətləndirib. Məhz bu səbəbdən Pakistan da daxil olmaqla,  bir neçə dünya ölkəsi,  nüfuzlu beynəlxalq təşkilatlar   Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.  “Centreline” jurnalda və “DNA” İnformasiya Agentliyində dərc olunmuş xüsusi reportajda Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistematik və davamlı zorakılıqların tərkib hissəsi olduğu yazılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar