“Şuşa TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilsin”
05 aprel 2013 18:12 (UTC +04:00)

“Şuşa TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilsin”

0

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçirilən II Dünya Türk Forumunda çıxış edib. Lent.az-ın məlumatına görə, Forumun "Türk diasporaları 2023-cü il baxışı" adlı sessiyasında geniş məruzəsi zamanı millət vəkili türk diaspor təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət göstərmələrinin,  bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da  artırılmasının vacibliyini qeyd edib.

 

Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan Q. Paşayeva bu istiqamətdə daha çox işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını bu məsələlərdə aktiv olmağa çağırıb.

O bildirib ki, 2013-cü ildə Əskişəhər, 2014-cü il Kazan TÜRKSOY-un mədəniyyəti paytaxtı elan edilib: “Yaxşı olardı kı, 2015-ci ildə də Azərbaycanın və Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhəri TÜRKSOY-un mədəniyyəti paytaxtı elan edilsin. Bu, bütün Türk dünyasının dünyaya verdiyi çox önəmli və böyük əhəmiyyət daşıyan mesaj olardı".

 

Qeyd edək ki, müxtəlif ölkələrdən gəlmiş millət vəkillərinin, ictimai-siyasi xadimlərin, alimlərin, qeyri-hökumət təşkilatlarının, mətbuat və media nümayəndələrinin iştirakı ilə keçirilən II Dünya Türk Forumunun mövzusu "Türk diasporu və Türk Dünyasına baxış 2023" adlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar