“Sonuncu etiraz aksiyası qanunsuz olduğu üçün...”
15 mart 2013 15:31 (UTC +04:00)

“Sonuncu etiraz aksiyası qanunsuz olduğu üçün...”

“Bakıda sonuncu etiraz aksiyası qeyri-qanuni keçirildiyi üçün onun qarşısı alınıb”.


 

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannyerlə keçirdiyi brifinqdə deyib.


Nazir  qeyd edib ki, etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır: “Əvvəllər aksiyalar təyin olunmuş yerlərdə aksiyalar keçirilirdi və qanun çərçivəsində olan aksiyalara hər hansı müdaxilə edilməyib. Qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun çərçivəsində öz tədbirlərini görəcək”.

E. Məmmədyarov ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda “Facebook inqilabı” təşkil etməsi ilə bağlı iddialara da münasibət bildirib. O deyib ki, bu məsələ araşdırılır və hər hansı nəticə olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar