“Seçki qanunvericiliyinin təkmilləşdirilməsi azad və şəffaf keçirilir”
16 dekabr 2013 20:34 (UTC +04:00)

“Seçki qanunvericiliyinin təkmilləşdirilməsi azad və şəffaf keçirilir”

Milli Məclisin sədri Oqtay Əsədov “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda parlamentdə keçirilən  beynəlxalq seminarın iştirakçılarını qəbul edib.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, MDB PA çərçivəsində görülən işlər də əlaqələrin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

 

O qeyd edib ki, qurumun Parlament Assambleyasında nümayəndə heyətləri onları düşündürən məsələlər ətrafında geniş müzakirələr keçirir, fikirlərini bölüşürlər: “Qurum qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi işinə də öz layiqli töhfəsini verməkdədir”. Spiker MDB-yə üzv ölkələrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, prosesin azad və şəffaf keçirilməsi barədə fikirlərini açıqlayaraq, MDB PA-nın gələcəkdə də bu sahədə müsbət rol oynayacağına inamını bildirib.

 

MDB PA Şurasının baş katibi Aleksey Sergeyev Bakıda keçirilən seminarın əhəmiyyətini yüksək dəyərləndirib. O, Milli Məclis sədrinin təşəbbüsü ilə Azərbaycanda 2013-cü il 9 oktyabr seçkilərindən sonra ölkə paytaxtında belə bir tədbirin keçirilməsinin təmsil etdiyi qurum tərəfindən dəstəkləndiyini söyləyib. Qonaq MDB məkanında seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçici hüquqlarının qorunması ilə bağlı müzakirələrin beynəlxalq seminar çərçivəsində aparılmasını əhəmiyyətli hesab edib.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar